Bu günə qədər dövlət ümumtəhsil müəssisələrində çalışan ümumilikdə 11 min nəfər müəllim sertifikasiya imtahanlarında iştirak edib. Onlardan 9 minə yaxını prossesi uğurla tamamlayıb və nəticələrə uyğun olaraq differensial əməkhaqqı sisteminə keçirilməsinə başlanılıb.
OXU24.COM Xəzər Xəbər-ə istinadən xəbər verir ki, dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyyəçi müəllimlərin də sertifikasiya imtahanlarına cəlb ediləcəyi məsələsi gündəmdədir. Bir müddət öncə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bağça tərbiyəçilərinin sertifikasiyası üçün normativ sənədin hazırlanması istiqamətində iş başladıldığını bildirib.
"Bəs prossesin həyata keçirilməsi nələri dəyişəcək?"
Təhsil eksperti Kamran Əsədov deyir ki, hazırda sertifikasiya imtahanının ən çox lazım olduğu istiqamətlərdən biri də məhz bağçalardır.
Onun sözlərinə görə, 2021-ci ildə bağçaların yerli icra hakimiyyətlərinin balansından alınaraq Elm və Təhsil nazirliyinə verilməsi bu sahədə müsbətə doğru dəyişikliklərə səbəb olub. Ekspertin fikrincə növbəti mərhələdə sertifikasiya imtahanı da təşkil olunarsa, keyfiyyət və şəffaflıq daha da artar.
Ətraflı
Ad - 00:10
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə də sorğu ünvanladıq.
İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli "Xəbər Ertəsi"nə bildirdi ki, hazırda məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyyəçi müəllimlərin sertifikasiya imtahanlarına cəlb olunması üçün mexanizm yoxdur.
Nurlan İsmayılbəyli bildirib ki, gələcəkdə qaydalar təsdiqlənərsə,sertifikasiya prosesinə də başlanıla bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR