Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88028
az

Alimlər indiyə kimi bu məsələdə səhv elədiklərini anladılar - VİDEO - FOTO

23:4227 Aprel, 2023
234
CƏMİYYƏT
  • A

Birləşmiş Ərəb Əmirliklərinin "Hope" kosmik zondu Marsın ətrafında dövr edən "Deymos"a  ("Deimos") 100 km məsafədə yaxınlaşıb və 1977-ci ildən bəri planetin ən detallı şəkillərini çəkib.

Müşahidə məlumatları və fotoşəkillər Birləşmiş Ərəb Əmirliklərinin Mars Missiyası komandası dərc edib.

OXU24.COM  oxu.az-a istinadən xəbər verir ki, alimlər araşdırma zamanı kosmik cisim barədə indiyə qədər səhv fikirdə olduqlarını müəyyən ediblər. 

Belə ki, bu günə qədər "Deymos"un planetin cazibə tələsinə düşmüş asteroid olduğu düşünülürdü. İndi isə elm adamlarının fikrincə "Deymos" planet mənşəlidir və naməlum obyektin Qırmızı Planetlə toqquşması nəticəsində yaranıb.

Marsın bu peyki 1877-ci il avqustun 11-də amerikalı astronom Asaf Holl tərəfindən kəşf edilib və qədim yunanların dəhşət tanrısı Deymosun (müharibə tanrısı Aresin oğlunun) şərəfinə adlandırılıb.
Ətraflı

"Deymos" Mars ətrafında 30 saata  dövr edir.

O da vurğulanır ki, 1970-ci illərdəki "Mariner 9" və "Viking" missiyaları, eləcə də 2014-cü ildə Hindistanın "Mars Orbiter" missiyası "Deymos"un uzaq tərəfinin şəkillərini çəkib, ancaq onlar "Hope" zondunun görüntüləri qədər təfərrüatlı olmayıb.

Xatırladaq ki, bu yaxınlarda Çin alimləri Marsın bütün səthinin ilk xəritəsini təqdim ediblər. Bunun üçün alimlər  "Tyanven-1" kosmik zondu tərəfindən toplanan məlumatlardan istifadə ediblər.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yanvarın 16-da səmada qeyri-adi hadisə olacaq
Yeni informasiya sistemi yaradıldı - REİS
Hormonal problemləri dəf etmək üçün 5 MƏHSUL

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib