Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8802
az

Spirtli və spirtsiz içkilərin, qazlı suların gömrük rüsumları artırıldı

09:2911 Yanvar, 2019
1099
CƏMİYYƏT
  • A
 Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişikliklər edilib.

Femida.az xəbər verir ki, bu barədə Baş nazir Novruz Məmmədov qərar verib.

Qərara əsasən, şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş mineral və qazlı sular da daxil olmaqla, sular 1 litri üçün 0,3 ABŞ dolları, şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş alkoqolsuz energetik içkilər 1 litri üçün 0,3 ABŞ dolları, meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilər üçün 15.12.2019-cu il tarixinədək 15 %, lakin 1 litri 0,7 ABŞ dollarından az olmamaq şərtilə, alkoqollu energetik içkilər 1 litri üçün 2,0 ABŞ dolları, tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillalar: siqarlar, o cümlədən ucları kəsilmiş siqarlar 1000 ədədi üzrə 0,5 ABŞ dolları, elektron siqaretlər üçün maye - 1 kq-ı üzrə 1 ABŞ dolları müəyyən edilib.

Digər qərarla Azərbaycana ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrində də dəyişikliklər edilib.

Qərarla şəkər əlavələri və ya digər şirinləşdirici və ya dadaromatik maddələr əlavə edilmiş alkoqolsuz energetik içkilər 1 litr üçün 3,0 manat, 2 meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilər 1 litr üçün 3,0 manat, tutumu 2 litrdən az olan alkoqollu energetik içkilər 1 litr üçün 2,0 manat, tutumu 2 litrdən çox olan alkoqollu energetik içkilər 1 litr üçün 2,0 manat, tərkibində tütün olan siqarlar, o cümlədən ucları kəsilmiş siqarlar 1 ədəd üçün 1,0 manat, tərkibində tütün olan siqarillalar 1000 ədəd üçün 20,0 manat, tərkibində tütün olan siqaretlər 1000 ədəd üçün 28,0 manat tərkibində tütün əvəzləyicisi olan siqarlar 1 ədəd üçün 1,0 manat, tərkibində tütün əvəzləyicisi olan siqarillalar 1000 ədəd üçün 20,0 manat, tərkibində tütün əvəzləyicisi olan siqaretlər 1000 ədəd üçün 28,0 manat, elektron siqaretlər üçün maye 1 litr üçün 20,0 manat müəyyən edilib.

Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəniyyət Nazirliyində Xalq artisti Yalçın Adıgözəlovla görüş oldu - Fotolar
Yollarda təhlükə yaradan velosipedçiləri hansı cərimə gözləyir? - RƏSMİ AÇIQLAMA
Bakıda COP29 çərçivəsində hansı tədbirlər keçiriləcək?

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY
Yuxuda pul görməyin mənası nədir... - Yuxuyozma

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusları aşkarlayıblar
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı