Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88013
az

Valideyn himayəsinə verilən uşaqlarla bağlı monitorinq aparılacaq

17:5227 Aprel, 2023
92
CƏMİYYƏT
  • A

Valideyn himayəsinə verilən uşaqlarla bağlı monitorinq aparılacaq.

Oxu24.com  xəbər verir ki, bununla bağlı layihə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyə edilib.

Belə ki, qanuna əlavə edilən yeni maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) himayəyə götürülmüş uşağın ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə ayda bir dəfədən az olmamaq şərtilə himayədar ailəyə verilmiş uşaqların vəziyyətinin və himayədar ailə tərəfindən müqavilə şərtlərinə əməl edilməsinin monitorinqini aparır.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) monitorinqləri planlı (qabaqcadan xəbərdar etməklə) və ya plandankənar (qabaqcadan xəbərdar etmədən) həyata keçirir.

Monitorinqlər zamanı ailənin yaşayış şəraiti, maddi vəziyyəti, himayədar ailəyə verilmiş uşağın və himayədar valideynlərin sağlamlıq vəziyyəti, ailədə uşağa qulluq və qayğı vəziyyəti nəzərə alınır.

Monitorinqlər zamanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Məcəllənin 143.2.1 – 143.2.3-cü maddələrində qeyd edilən əsaslardan birini aşkar etdikdə, dərhal uşağın himayədar ailəyə verilməsinə dair müqaviləni birtərəfli qaydada ləğv edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Metroda qatarlar niyə gecikib? - RƏSMİ AÇIQLAMA 
Gəlini Xalq artistinin qohumu imiş - VİDEO
SON DƏQİQƏ! Xankəndidə yüksək vəzifəyə təyinat oldu

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
“Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçirib