Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87969
az

Türkiyə XİN Ermənistana xəbərdarlıq edib

09:2827 Aprel, 2023
87
DÜNYA
  • A
“Biz İrəvanda 1920-ci illərin əvvəllərində Osmanlı siyasi və hərbi rəhbərlərinə, o zamankı Azərbaycan rəsmilərinə və hətta erməni əsilli bəzi Osmanlı vətəndaşlarına qarşı sui-qəsdləri törədənlərə həsr olunmuş “Nemesis abidəsi”nin açılmasını qətiyyətlə pisləyirik”. Oxu24.com xəbər verir ki, bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb. “Bu biabırçı abidənin açılışı 31 diplomatımız və onların ailə üzvlərinin ölümü ilə nəticələnən dəhşətli hücumlara səbəb olan qanlı terror aktını tərənnüm edir. Erməni mətbuatında bu hadisənin necə təqdim olunması da onu göstərir ki, tarixin təhrif olunmuş və təsdiqi mümkün olmayan təfsiri bəzi düşüncələrdə hələ də davam edir. Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin ruhu ilə bir araya sığmayan bu cür təxribatçı addımlar heç bir halda regionda möhkəm, davamlı sülh və sabitliyin bərqərar olması səylərinə töhfə verməyəcək, əksinə, normallaşma prosesinə mənfi təsir göstərəcək”, - deyə XİN-dən bildirilib. Miri Məcidli Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin hökumətin yeni tərkibini təsdiqlədi
Əfsanə
Avropalı siyasətçilər Gürcüstanı BELƏ QARIŞDIRIR

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı