Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87968
az

İmişlidə içkili vəziyyətdə avtoxuliqanlıq edən sürücü saxlanılıb

09:3327 Aprel, 2023
88
KRİMİNAL
  • A
İmişli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən içkili vəziyyətdə avtoxuliqanlıq edən sürücü saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu24.com-a verilən məlumata görə, rayon sakini Emil Mehbalıyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yollarda intizamsızlıq edərək avtoxuliqanlıq hərəkətləri edib və bununla da ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olub. Həmin şəxs RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman onun sürücülük hüququ olmadan və içkili vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyi məlum olub. Bundan əlavə, E.Mehbalıyevin müxtəlif vaxtlarda idarə etdiyi nəqliyyat vasitəsi ilə analoji qayda pozuntularına yol verdiyi və həmin qayda pozuntularının görüntülərini sosial şəbəkələrdə paylaşdığı da müəyyən edilib. İmişli RPŞ-nin DYPB-də sürücü barəsində toplanmış materiallar baxılması üçün aidiyyatı üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə E.Mehbalıyev 15 sutka inzibati qaydada həbs edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ