Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87956
az

AK Partiya: Ərdoğanın səhhəti xeyli yaxşıdır

20:5326 Aprel, 2023
166
DÜNYA
  • A

AK Partiyanın Qrup sədr müavini Bülent Turan qatıldığı canlı yayımda narahatlıq keçirən prezident Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı fövqəladə vəziyyətin olmadığını bildirib.

Oxu24.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, “gündə 5 proqram, xüsusi yığıncaqlar və müsahibələr keçirir. Dünənki fövqəladə proses əslində proqramları yenidən nəzərdən keçirmək fürsəti verə bilər" deyib.

Dövlət başçısının səhhəti ilə bağlı AK Partiya sədrinin birinci müavini, İstanbul millət vəkili Numan Kurtulmuş da açıqlama verib.

Millət vəkili qeyd edib ki, gərgin iş rejiminə görə prezidentin mədəsində narahatlıq yaranıb. Hazırda vəziyyəti tam qaydasındadır.

Qeyd edək ki, ötən gün Ülke TV və Kanal 7-nin birgə canlı yayımında Ərdoğan özünü pis hiss etmiş, yayım yarımçıq kəsilmiş, qısa fasilədən sonra canlı yayım davam etdirilmişdi. Bundan sonra bəzi yerli KİV-lərdə Ərdoğanın ürəyində ciddi problemlər olması barədə xəbərlər yer almışdı.
Dövlət başçısı özü isə mədə soyuqlaması olduğunu, həkimlərin tövsiyəsi əsasında bir gün istirahət etdikdən sonra sabahdan etibarən seçki kampaniyasına davam edəcəyini açıqlayıb.
Türkiyə hökumətindəki digər mənbələr də Ərdoğanın ürəyində narahatlıq olması barədə xəbərləri təkzib edib. Rəsmi dairələr prezidentin səhhətində ciddi problem olmadığını bildirib.

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

AZAL təyyarəsi ilə bağlı hər şey məlum oldu – Moskvaya “həqiqəti gizlətmə” mesajı
İstanbul-Moskva təyyarəsi Həştərxana məcburi eniş etdi
Zukerberq süni intellektlə bağlı böyük planını açıqladı: 65 milyard dollar...

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Ötən il 216 kriminal qrup zərərsizləşdirilib