Mingəçevir şəhərində 21 yaşlı qadın binanın dördüncü mərtəbəsindən yıxılıb.
Oxu24.com xəbər verir ki, şəhər sakini, 1998-ci il təvəllüdlü Rahilə Bəhram qızı Cəbrayılova şəhərin Nizami küçəsi, 6A ünvanında yaşadığı binanın 4-cü mərtəbəsindən pəncərələri təmizləyərkən yıxılıb.
Ağır vəziyyətdə olan yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. Oxu24.com
ŞƏRHLƏR