Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87940
az

Bəsti Bəkirova Əməkdar artistin yalanını ifşa etdi - Varıdır, gizlədir - VİDEO

18:4326 Aprel, 2023
200
ŞOU-BİZNES
  • A

Əməkdar artist Rühəngiz Allahverdiyeva ilə Bəsti Bəkirova arasında mübahisə yaşanıb. 

OXU24.COM  bizim media-ya istinadən xəbər verir ki, hadisə Bəstinin evində yaşanıb. 
Aparıcı Elgiz Əkbərin də Bəstinin evində qonaq olduğu zaman "TikTok" sosial şəbəkə platformasında açdığı canlı yayımda izləyicidən gələn "Necə olur ki, o qədər də tanınmayan Bəsti Bəkirovanın milyon yarımlıq əmlakı var, amma Rühəngiz Allahverdiyevanın heç nəyi yoxdur?" sualı iki sənətçini üz-üzə qoyub.  
Belə ki, sualı eşidən Bəkirova "Mənim yarım milyonluq yox, yüz milyonluq evim olmalı idi. Rühəngizin də varıdır, sadəcə gizlədir" sözlərini dilə gətirib. 

Bəstinin bu fikirlərinə etiraz olaraq Rühəngiz "Nəyi gizlədirəm Bəsti? Milyonumun olması oğlan övladlarımın universitet bitirməsi, verdiyim təhsil, əynimə geyindiyim geyimlər, illərlə sənətimə qoyduğum sərmayədir. Hər şeyi özüm üçün eləmişəm. Mən acından ölmürəm. Bəsti gizlətdiyim yeri bilirsənsə, gəl mənə göstər, mən də gedib yeni aldığım evimə iki qapı qoyum. Pulum qurtarıb, evimə qapı qoya bilmirəm. Yalan danışmağı sevmirəm. İnsanlar var ki, gedirlər kirayə geyimlər alıb, deyir ki, mənimdir. Sən beş manatlıq da paltar geyinə bilərsən, əsas odur ki, sənə yaraşsın" kəlmələri dilə gətirib. 
Ətraflı

Bəsti isə cavab olaraq "Səkkiz otaqlı evin var" deyərək Rühəngizi özündən çıxardıb. 
Allahverdiyeva "Deyirlər ki, bahalı yatağın ola bilər, amma yata bilmərsən. Bahalı evin ola bilər, amma orada sağlam olmaya bilməzsən. Siz elə səkkiz otaq deməklə deyil. Bunun mətbəxi, qarderob otağı və sairə var" sözlərini bildirərək məsələni yumuşaltmağa çalışıb. 

Həmin anlar isə aparıcı Elgiz Əkbərin "YouTube" kanalında yayımlanıb. 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mehriban Xanlarovanın 24 kvadrat metrdəki həyatı - VİDEO
Şərabın elə bir faydası üzə çıxıdı ki...
Efirdə GƏRGİNLİK:

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Narkotikin təsiri ilə avtomobil idarə edən sürücü saxlanıldı