Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8794
az

Sənədlərini itirənlərin NƏZƏRİNƏ - Bu nömrəyə...

22:1710 Yanvar, 2019
659
CƏMİYYƏT
  • A
Bu günə qədər "Azərpoçt" MMC-nin filial və şöbələrində 1132 itirilmiş sənəd qəbul olunub.

Oxu24.com verdiyi məlumata görə, sahibinə çatdırılan sənədlərin sayı 358, aidiyyəti üzrə qurumlara təhvil verilən sənədlərin sayı isə 764-dür.

Hazırda poçt filialları və şöbələrində 10 sənəd sahibini gözləyir. Sənədini itirmiş şəxs “Poçtap” xidmətinin internet səhifəsindən - http://www.pochtap.az, “169” saylı telefon mərkəzindən və ya istənilən poçt şöbəsindən sənədinin tapılıb-tapılmamasını öyrənə və tapılmadığı təqdirdə itirilən sənədlə bağlı elan yerləşdirə bilər. Belə ki, http://www.pochtap.az internet səhifəsində “Sənədimi itirmişəm” bölməsini seçməklə müvafiq xanalara zəruri məlumatları daxil edərək itirilən sənəd barədə elan yerləşdirmək mümkündür. Bundan başqa, itirilən sənədlə bağlı “Poçtap” xidmətinin bazasında məlumatın olması, sənədin hazırkı statusu, hansı poçt filial və şöbəsində olması, saxlama müddəti ilə bağlı məlumat almaq üçün “Axtar” bölməsinə müvafiq məlumatları daxil edərək axtarış etmək mümkündür. Əgər itirilmiş sənəd tapılıbsa və sistemdə görünürsə, dövlət rüsumunu ödədikdən sonra vətəndaş “169” Çağrı mərkəzinə zəng edərək tapılmış sənədi ona yaxın poçt məntəqəsinə yönləndirə bilər. Sonda vətəndaş yönləndirdiyi poçt məntəqəsindən gedib sənədini götürə bilər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC “Poçtap” layihəsi çərçivəsində Bakı Şəhər Baş Polis İdarəsi, "Bakı Metropoliteni" QSC, "Təmiz Şəhər" ASC və “BakuBus” MMC ilə əməkdaşlıq edir. İmzalanan memoranduma əsasən, adıçəkilən qurumlar “Poçtap” xidmətini dəstəkləmək, daim əlaqəli işləmək, əməkdaşlar tərəfindən tapılan sənədləri poçt inkassasiyasına təhvil vermək, eləcə də vətəndaşları “Poçtap” xidməti barədə məlumatlandırmaq üzrə öhdəliklər götürüblər. Hazırda "Poçtap" çərçivəsində birgə əməkdaşlıq üçün yeni qurumlarla danışıqlar aparılır.

Qeyd edək ki, "Poçtap" xidməti çərçivəsində sənədi tapılan şəxslər xidmət haqqı ödəyərək, sənədi poçt şöbələrindən və "Şəbəkə" xidmət mərkəzlərindən təhvil ala və ya telefon mərkəzinə müraciət edərək özünə yaxın poçt şöbəsinə çatdırılmasını sifariş edə bilər. “Poçtap” xidməti çərçivəsində sənədi tapılan şəxslər 1 manat 80 qəpik xidmət haqqı ödəyərək onu təhvil ala bilər. Sənədin poçt müəssisələrində saxlanılma müddəti 30 gündür. Sənədin hər hansı ünvana çatdırılması lazım gəldikdə çatdırılma rüsumu "Azərekspresspoçt"un xidmət tariflərinə uyğun hesablanır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Marketlərdə su qiymətinə satılan farşın TƏRKİBİ: Toyuq ayağı, qığırdaq, iç piylər...
Professor izah etdi: Qəhvə içənlərin bədənlərində 8 dəfə çoxdur
Hansı kərə yağını almaq daha yaxşıdır: 72, yaxud 82 faizli - fərq nədir?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Cinayətdə şübhəli bilinən55    nəfər    saxlanıldı