Fransada qalmaqallı pensiya islahatının əleyhdarları prezident Emmanuel Makronun səfər etdiyi Loar-et-Cher əyalətinin Vendome şəhərində qatar relslərinə çıxıblar.
OXU24.COM xəbər verir ki, sosial mediada əks olunan görüntülərdə bir çox nümayişçinin birlik bayraqları ilə qatar relslərinə enərək etirazlara başladığı görünür.
Loir-Et-Cher Qubernatorluğu da ölkədə terror təhlükəsinin davam etdiyini və Makronun hədəf ola biləcəyini əsas gətirərək Fransa prezidentinin səfər etdiyi ərazidə nümayişlərin keçirilməsini qadağan edib.
Digər tərəfdən, Makronu ziyarət edəcəyi yerlərdə mümkün elektrik kəsilməsinə qarşı generator ehtiyatı görülür. Ümumi Əmək İttifaqının (CGT) enerji qolu Makronun keçən həftə məktəbə səfəri zamanı təhsil müəssisəsinin elektrik enerjisini kəsib
Oxu24.com
ŞƏRHLƏR