27 apreldə Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçiriləcək.
Bu barədə açıqlamasında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev danışıb.
O bildirib ki, bu günə qədər komissiyanın 13 iclası keçirilib. İclaslarda 1700 müraciətə baxılıb.
Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar may ayının 10-a qədər Əfv Sərəncamının verilməsi gözlənilir.
Oxu24.com
ŞƏRHLƏR