Omsk vilayətində qəbiristanlıqda baş verən kütləvi dava lentə alınıb.
Milli.Az xəbər verir ki, görüntüləri "Rise" nəşri öz Telegram kanalında dərc edib.
Portalın məlumatına görə, hadisə Privetnaya kəndində baş verib. Ehtimal olunur ki, davaya səbəb yol-nəqliyyat hadisəsi olub - qəbiristanlığın girişində sürücülərdən biri digərinə yol verməyib.
Yayımlanan görüntülərdə davada ən azı on nəfərin iştirak etdiyi görünür.
Kütləvi dava faktı ilə bağlı Omsk vilayətinin polisi zərərçəkənlərdən heç bir şikayətin olmadığını qeyd edib.
Oxu24.com
ŞƏRHLƏR