Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87878
az

Son sutkada Rusiyanın 10 PUA-sı vurulub

13:2125 Aprel, 2023
120
  • A

Ukrayna Silahlı Qüvvələri son sutkada Rusiyanın müxtəlif tipli 10 PUA-sını vurub.

Oxu24.com xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının cəbhədəki durumla bağlı gündəlik operativ məlumat bülletenində yazılıb.

Bildirilib ki, son sutka ərzində Ukrayna ərazisinə 70 raket zərbəsi endirilib: “Ukraynanın bütün ərazisinə raket və hava zərbələrinin endirilməsi ehtimalı yüksək olaraq qalır. Düşmən əsas səylərini Baxmut, Avdivka və Marinka ərazilərinə yönəldib. Baxmut və Marinka uğrunda şiddətli döyüşlər davam edir”.

Məlumata görə, Ukrayna Hərbi Hava Qüvvələri son sutka ərzində işğalçıların şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 9, eləcə də zenit-raket komplekslərinə 3 zərbə endirib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Təyyarə çimərlikdə partladı- Ölü və yaralılar var - Video
Yanan evinin son halını paylaşdı- Video
Suriyanın şimalında 20 terrorçu zərərsizləşdirilib

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Bakıda qoyun       oğruları       saxlanıldı