Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87866
az

Biləsuvarda partlayışda həlak olan qadın dəfn edilib

11:4125 Aprel, 2023
152
  • A

Biləsuvar şəhərində yaşayış binasında partlayış zamanı həlak olan 1988-ci il təvəllüdlü Günay Əliyeva dəfn edilib.

Oxu24.com -un  məlumatına görə, o, rayonun Təzəkənd kəndində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.

Xatırladaq ki, partlayış ötən gün axşam saatlarında şəhər ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında baş verib və nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb.

Qadının meyiti binanın qarşısına tökülən dağıntılar altından çıxarılıb. Partlayışın dalğası nəticəsində qadının dağıntılarla birlikdə binanın qarşısına atıldığı məlum olub.

Qeyd edək ki, qadının hadisə zamanı xəsarət alan övladları - 2009-cu il təvəllüdlü F.Əliyeva və 2013-cü il təvəllüdlü Y.Əliyevin müalicəsi Respublika Yanıq Mərkəzində davam etdirilir.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şənbə günü      yağış        yağacaq
Niftulla Məmmədlinin xanımı vəfat etdi- Yeni ana olmuşdu
Bakı metrosuna 20 ədəd yeni nəsil      vaqon      gətiriləcək

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
11 kiloqram narkotiklə tutuldu- Video