Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87839
az

Beynəlxalq axtarışda olan keçmiş prezident həbs edildi - FOTO

17:1724 Aprel, 2023
142
  • A


Perunun keçmiş Prezidenti Alexandro Toledo ABŞ-dən vətəninə ekstradisiya edildikdən sonra Barbadillo adlı həbsxanaya aparılıb.

Korrupsiyada şübhəli bilinən və 25 ilə qədər həbs cəzası gözlənilən siyasətçi 18 ay müddətində nəzarət altında olacaq.

Toledo onun işi üzrə bütün istintaq tədbirləri başa çatana qədər həbsxanada qalacaq.

Müvafiq qərar respublikanın Milli Penitensiar İnstitutu rəsmən elan edilib.

“Keçmiş Prezident Alexandro Toledo artıq Barbadillo həbsxanasında saxlanılır. Keçmiş dövlət liderləri Alberto Fuximori və Pedro Castillo da bu həbsxanadadırlar”, - deyə bununla bağlı məlumatda bildirilib.

Qeyd edək ki, Toledo 2001-2006-cı illərdə Peruya rəhbərlik edib. İstintaq versiyasına görə, o, Braziliya tikinti şirkətlərindən rüşvət alınmasında, çirkli pulların yuyulmasında və pul vəsaitlərinin şəxsi ehtiyacları üçün istifadə olunmasında iştirak edib. O, müvafiq ittihamlar üzrə beynəlxalq axtarışa verilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qışda sarımsağın gücü: Yayılan virusdan qorunmağın sirləri
Şahin Bağırov iki rəisi işdən çıxardı
Azərbaycan XİN Çinə başsağlığı verdi

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
Bıçaqlı şəxs banka girdi: Qadını girov götürdü