Azərbaycan Ordusu Laçın rayonu ərazisində Həkəri çayı üzərindəki körpünü bağlayıb.
Oxu24.com xəbər verir ki, bu barədə Qarabağdakı separatçılar məlumat yayıb.
Azərbaycan MN məlumatla bağlı rəsmi açıqlama verməyib.
Qeyd edək ki, ötən gün Azərbaycan Ordusunun hərbçiləri Şuşa rayonu ərazisində minaya düşüb. 3 hərbçimizin yaralandığı insidentin araşdırılması zamanı bəlli olub ki, minalar 2021-ci ildə Ermənistanda istehsal olunub və 2020-ci il müharibəsindən sonra ermənilər tərəfindən Azərbaycan Ordusunun təchizat yoluna döşənib.
Həmçinin 21 və 22 aprel tarixlərində rus sülhməramlıların müşahiyəti ilə ermənilərin Azərbaycan ərazisinə hərbi təyinatlı yüklər daşıdığı da üzə çıxıb. Yüklərin Həkəri çayının üzərindəki körpüdən keçməklə daşınır.
ŞƏRHLƏR