Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87789
az

Küçədə atışma: Güllə ananın qucağındakı uşağa dəydi - VİDEO

22:5023 Aprel, 2023
1213
OXU24 TV
  • A

Adanada iki düşmən qrup arasında baş verən silahlı qarşıdurma zamanı güllə yoldan keçən ananın qucağında olan yaş yarımlıq uşağa dəyib. Xəstəxanaya aparılan bədbəxt uşağı xilas etmək mümkün olmasa da, hadisə nəticəsində 7 nəfər yaralanıb.

Oxu24.com DHA-ya istinadən xəbər  verir   ki,hadisə axşam saatlarında mərkəz Seyhan mahalının Gülbahçesi Məhəlləsində baş verib.

İddialara görə, iki düşmən qrup küçənin ortasında mübahisə edib.

Mübahisə qısa zamanda atışmaya çevrilib. İki qrup bir-birinə atəş açanda güllə yoldan keçən ananın qucağında olan uşağa dəyib.

Ağır xəsarət alan uşaq yaxınlıqdakı vətəndaşın avtomobili ilə xəstəxanaya aparılıb. Xəbərdarlıq üzərinə hadisə yerinə çoxlu polis və sağlamlıq qrupu göndərilib.

Silahlı qarşıdurmada yaralandığı təsbit edilən 7 nəfər sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparılıb. Xəstəxanada müalicə alan yaralı uşaq həkimlərin bütün müdaxiləsinə baxmayaraq dünyasını dəyişib. Polis hadisəyə qarışan çox sayda şəxsi saxlayıb və qaçan şübhəlilərin tutulması üçün işlərə başlayıb.

 

 

Tərcümə: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Paşinyan saqqalını qırxdı - VİDEO
Kirpi ona hücum edən bəbiri deşik-deşik etdi— VİDEO

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi