Norveçdə qaçırılan 68 yaşlı Anne-Elisabeth Falkevik Hagen adlı qadının məşhur multimilyoner iş adamının arvadı olduğu deyilir.
Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmanın davam etdiyini bildirən norveç polisi cinayətkarların qaçırdıqları qadını sərbəst buraxmaları üçün 9 milyon avro tələb etdiyini bildiriblər.
Qeyd edək ki, Hagen oktyabr ayında Osloda yoxa çıxmışdı.
Hagenin çimərkən evinin vanna otağından qaçırıldığını bildirən polislər bəzi ipucları əldə etdiklərini qeyd ediblər.
Norveçli multimilyoner iş adamı Tom Hagen ölkənin ən zənginlərindən hesab edilir. Osloda yaşayan cütlük gözden uzaq bir həyat yaşayırdı.
Oxu24.com
ŞƏRHLƏR