Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87662
az

Latviya bütün “Stinger” raketlərini Ukraynaya verəcək

18:2022 Aprel, 2023
60
DÜNYA
  • A

Latviya bütün “Stinger” raketlərini Ukraynaya verəcək.

 

Oxu24.com xarici mediaya  istinadən  xəbər  verir   ki, Latviyanın müdafiə naziri İnara Murniece bütün "Stinger" hava hücumundan müdafiə raket sistemlərini Ukraynaya təhvil verəcəklərini açıqlayıb.

Latviyanın müdafiə naziri İnara Murniece dünən Almaniyanın Ramşteyn aviabazasında keçirilən Ukrayna Müdafiə Təmas Qrupunun iclasında iştirak edib.

Nazir İnara Murniece görüşdən sonra verdiyi açıqlamada bütün "Stinger" hava hücumundan müdafiə raket sistemlərini Ukraynaya göndərəcəklərini bildirib.

"Biz onları mümkün qədər tez köçürmək üçün əlimizdən gələni edəcəyik" deyə Murniece bildirib.

Murniece bəyan edib ki, Latviya ordusu müdafiəsiz qalmayacaq və İsveç istehsalı olan RBS-70 hava hücumundan müdafiə sistemləri orduda xidmətini davam etdirəcək.

Ukrayna əsgərlərinə təlim verməyə davam edəcəklərini vurğulayan Murniece, 2022-ci ilə nisbətən iki dəfə çox əsgər yetişdirməyi planlaşdırdıqlarını qeyd edib.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramvay yandı - VİDEO
Moskvanın Sokolniki parkında kişi meyiti tapılıb
Tələbələri daşıyan avtobus aşıb: 12 yaralı var

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü