15 yaşlı qıza təcavüz edən 35 yaşlı kişi həbs edilib.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, adı yaşı 18-dən az olduğuna və təcavüzə uğradığına görə açıqlanmayan yeniyetmənin ruhlara qarşı həssas olduğunu bilən və onlardan qorxmasından istifadə edən təcavüzkar özünü ruh kimi göstərərək qızı zorlayıb.
Belə ki, Liam Clarke adlı kişi axşam vaxtı qəribə səslər çıxardaraq qızı qorxudub və evlərinin ruhlar tərəfindən mühasirəyə alındığını söyləyib. O, qapının arasında üzərində qeydlər yazılmış kağız parçaları atıb. Liam kağızın üzərində "ruh"la cinsi əlaqədə olduğu təqdirdə onların evlərini tərk edəcəyini yazıb. Buna inanan qız özünü "ruh" kimi təqdim edən Liamla cinsi əlaqədə olub.
Bir müddət sonra işin üstü açılıb. Liam 26 il müddətinə azadlıqdan məhrum edilib. Onun başqa iki yeniyetmə qıza qarşı da əxlaqsızlıq etdiyi məlum olub.
Hadisə İngiltərədə baş verib. Oxu24.com
ŞƏRHLƏR