Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87599
az

Bu 9 qida kişilərdə spermanı gücləndirir  -  VİDEO

20:1421 Aprel, 2023
652
TİBB
  • A

Spermanın keyfiyyətini azaldan və artıran faktorlar 
Spermanın keyfiyyəti düzgün qidalanmadan çox asılıdır. Spermanın aktivliyini artıran qidalar bunlardır: 
1. Sitrus meyvələri. Adətən, vitaminlər spermanın genetik tərkibinə təsir edir. Sitrus meyvələrindəki C vitamini oksidativ stressi azaltmaqla bərabər, genetik tərkibin təkmilləşməsinə də xidmət edir. 
2. Qırmızı ət. Bol miqdarda sinklə zəngin olan qırmızı ət spermanın dayanıqlılığını artırır. 
3. Sarımsaq. Qan axınını sürətləndirir. Tərkibindəki allicin maddəsi cinsi orqanlara gedən qan axınını sürətləndirir və spermanın keyfiyyətini artırır. 
4. Tünd şokolad. Tünd şokoladın sperma sayını 2 dəfə artıran amin turşusuna malik olduğu elmə çoxdan məlumdur. Mütəmadi olaraq, az da olsa hər gün tünd şokolad yeyən kişilərin daha güclü orqazm yaşadığı da iddialar sırasındadır. 
5. Pomidor və kartof. E vitamini spermaları oksidativ stressdən qoruyur,  spermanın sürətini artırır. Bununla bərabər, rasionunda pomidor və kartof bol olan kişilərin spermalarının  qadın yumurtalarına daxil olma səviyyəsi  yüksəkdir. E vitamini pomidor, fındıq, kartof və balıq yağında digər qidalara nisbətən daha çoxdur. 
6. Qoz. Qozun tərkibindəki L-arginin maddəsi sperma istehsalını dəstəkləyir və toxumun həcmini artırır. Bundan əlavə, Omega-3 deposu olan qoz penisə qan axınını sürətləndirir. 
7. Stridiya. (molyusklar). Stridiyanın afrodizyak təsirə malik olduğu məlumdur. Sink deposu olan bu dəniz canlısı spermaların sayını artırır. Stridiyanın  spermanın istehsalının çoxalmasına müsbət təsir etdiyi və spermalardakı  xəsarəti aradan qaldırdığı da bilinir. 
8. Avokado. E və B6 vitamininə, bol miqdarda fol turşusuna malik olan avokado spermaların yumurtaya daxil olarkən daha güclü olmasını təmin edir. 
9. Jenşen. Bu bitkinin kişi libidosunu, cinsəl performansını, xayalara qan axınını dəstəklədiyi bilinir. Sərtləşmədə problem yaşayan 45 kişi üzərində təcrübə aparılıb. Onlara 16 həftə boyunca jenşen tərkibli qidalanma tətbiq edilib. Nəticədə, həmin kişilərin 60%-ində sərtləşmə probleminin aradan qalxdığı məlum olub. 

Spermanın keyfiyyətini aşağı salan faktorlar. 
Son 50 ildə kişilərdə spermanın sayının azaldığı müşahidə edilib. Azalmaqda da davam edir. Türkiyəli Qadın Xəstəlikləri, Doğum və Süni mayalanma üzrə mütəxəssis Dr. Betül Görgen orta yaşlı kişilərdə spermanın təkibindəki genlərin anormallaşdığını, xüsusilə, modanın təsiri ilə yayğınlaşan dar geyimlərin spermanın mənbəyinə mənfi təsir etdiyini söyləyir. Həkim həddən artıq idman etmə asılılığının da təbii nəsilartırma şansını azaltdığını qeyd edir. 
Son illərdə aparılan araşdırmalar isbatlayıb ki, genetik dəyişimləri uşaqlara orta yaşlı analardan daha çox, orta yaşlı atalar ötürür. Bundan əlavə, cütlüklərin uşaq sahibi olmamağının səbəbi 50% kişilərdir. 
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bir kişinin tibbi dəstək olmadan uşaq sahibi ola bilməsi üçün, 1 ml spermada 15 milyon spermatozoid olması lazımdır. Üzə bilən hüceyrələr olan spermatozoidlər  kişinin DNT-sini daşıyırlar və davamlı olaraq xayalarda istehsal edilirlər. Bu istehsal hormonların nəzarəti altındadır və hər 60 gündə proses sıfırdan başlayır. 
35 yaşından etibarən kişinin nəsilartırma qabiliyyəti azalmağa başlayır. Kişilər də qadınlar kimi, bioloji saata sahibdir. 2005-ci ildə aparılan bir araşdırmada aşkar edilib ki, 30 yaşdan aşağı qadınların partnyorlarının yaşı 40-dan çoxdursa, qadınların hamilə qalmaq şansı 25% azalır. Qadının yaşı 35-37 arasındadırsa, partnyorunun yaşı 40-dan yuxarıdırsa, qadının hamilə qalmaq şansında azalma 50%-dir. Səbəb isə yaş artdıqca spermanın genetik tərkibinin dəyişməsidir. 
Ümumiyyətlə, spermanın keyfiyyətini aşağı salan faktorlar bunlardır: 
1. Dar alt geyimi. Kişi modellər,  ya da məşhur futbolçular dar və marka alt geyimlərlə heyranedici görünürlər. Amma bu geyim tərzi kişilərin uşaq sahibi olma şansını azaldır. 2012-ci ildə 2500 kişi üzərində aparılan bir araşdırmada məlum olub ki, dar alt geyimi spermanın sayına təsir edir. Dar tumanlar xayaları bədənə yapışdırır, beləcə, nahiyədə hava dövriyyəsi azalır və xayalar isinir. Normalda isə xayalar xarici orqan sayılır və onların temperaturu bədənə nisbətən az olur. İstilik xayalarda sperma istehsalının azalmasına səbəb olur. Dar cinslər və velosiped şalvarları da  dar alt geyimlər kimi təsir edir. 
2. Xərçəng müalicəsi. Xərçəng əleyhinə müalicə kursu qəbul edən kişilərin də nəsilartırma qabiliyyəti aşağı düşür. Prostat xərçəngi kişilərin 70%-nə təsir edən durumdur. Cərrahi əməliyyatdan sonrakı komplikasiyalar cinsi həyata mənfi təsir edir. Radiasiya və kimyaterapiya sperma istehsalını azaldır. Bu səbəblə də, mütəxəssislər xərçəng olan kişilərin spermalarını dondurmağı tövsiyə edirlər.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Vüqar Qurbanov bu xanımı baş həkimTƏYİN ETDİ - FOTO
Həkim sirri sayılan məlumat vətəndaşdan icazəsiz   verilə     biləcək

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO