Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87591
az

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq - Nazir müavini

19:1921 Aprel, 2023
154
  • A

Azərbaycan təhsildə rus dilini saxlayacaq.

Oxu24.com TASS-a istinadən xəbər verir ki, bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər Əliyevin Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına töhfəsi” adlı dəyirmi masada çıxışı zamanı deyib.

İ.İsayev bildirib ki, Azərbaycanda rus dilində tədris aparılan 329 məktəb var.

"Bu məktəblərdə şagirdlərin sayı 160 min nəfərdir. Universitetlərin rus bölmələrində 16 min tələbə təhsil alır. Biz bu tendensiyanı davam etdirəcəyik, çünki rus dili ünsiyyət, öyrənmə, təcrübə mübadiləsi dilidir”, - nazir müavini qeyd edib.

İ.İsayev vurğulayıb ki, Azərbaycan Rusiya universitetləri ilə əməkdaşlığa hazırdır.

O, söyləyib ki, Həştərxan Dövlət Universiteti ilə müəllim mübadiləsi məsələsi müzakirə olunub.

"Onlara Azərbaycan dili müəllimləri lazımdır, biz də bu işdə kömək edəcəyik. Onlar da rus dilində dərs deyən fənn müəllimləri ilə bağlı bizə kömək edə bilərlər", - nazir müavini əlavə edib.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Müharibə veteranlarına verilən 80 manatla bağlı AÇIQLAMA
Diqqət! Bu yolda dəyişiklik edildi: Cərimə oluna bilərsiniz
Ölənlər və yaralılar var - Salyanda faciə

Təyyarədə İNANILMAZ HADİSƏ -Bu dəfə körpə dünyaya göz açdı

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
Naxçıvan sakini həmkəndlisini öldürdü -Cinayət işi başlandı