Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87580
az

Fitrə 10-15 manat? – Alim etiraz etdi

15:4821 Aprel, 2023
469
REDAKTORUN SEÇİMİ
  • A

Qafqaz Müsəlmanları İdarəsinin fitrə zəkatı ilə bağlı adambaşına 10-15 manat tövsiyə etməsi sadə insanlar kimi, bəzi ziyalıların da narazılığına səbəb olub.

Oxu24.com  xəbər verir ki, insanlar bu vəsaitin çox olmasını əsas gətirərək, ailələrin fitrə zəkatını imkanları daxilində çıxarmasının daha doğru olduğunu bildirirlər.

Fəlsəfə üzrə tanınmış alim Mail Yaqub da bildirib ki, islamda fitrə zəkatı belə hesablanır:

“Ən çox hansı qidadan istifadə edirsənsə, həmin qidadan 3 kilo ehtiyacı olan insanlara fitrə zəkatı verirsən. Vəssalam. Məsələn, ən çox yediyin qida çörəkdirsə (Azərbaycanda adətən belədir), demək, adama 3 kilo buğda və ya buğdanın pulu verilməlidir. Bu isə maksimum 2 manat, 5 nəfərlik ailə üçün cəmi 10 manat fitrə zəkatı edir”.

Alim qeyd edib ki, imkanı olanlar daha çox yardım edə bilərlər. Amma vacib olan 2 manat civarındadır.

“İnsanları çətinliyə salmayaq!” – deyə alim vurğulayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tələbə qız öldü
Azərbaycanda məktəbli qızın "tiktok"da biabırçı videosu: Canlı yayımda görün nə etdi...
Çimnazın atası görün nələri danışdı - VİDEO

Azərbaycanda Aliment Fondu yaradılacaq - VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Çimnaz Sultanovanın dəfni
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Kabinetlərdə diş çəkilməsi və implant qadağan olunub?- Rəsmi açıqlama
Baş Prokurorluq ermənilərin məhkəməsi barədə    məlumat     yaydı