Ucarda intihara cəhd olub. Rayon sakini, 1976-ci il təvəllüdlü Saqi Məmmədhəsən oğlu Hüseynov Ucar dəmir yolu vağzalında 15-20 metr hündürlüyündə olan dəmir qurğuya çıxıb və özünü ataraq intihar edəcəyini bildirib.
Saqi Hüseynov bu addımını, işlədiyi Ucar rayon Kommunal Təsərrüfat İdarəsində işdən qanunsuz azad olunması ilə əlaqələndirib.
Bir müddət dəmir qurğununn hündür hissəsində qalan şikayətçi sonradan aşağı enib.
Sözügedən müəssisənin müdiri Asəm Kərimov Saqi Hüseynovun Dost İş Mərkəzi tərəfindən müqavilə əsasında işə götürüldüyünü və müqavilə müddətinin bitdiyini bildirib. Bu səbəbdən də onun əmək fəaliyyətinə xitam verilib.
İdarə rəhbəri Saqi Hüseynova yenidən işlə təmin olunmaq üçün rayon məşğulluq mərkəzinə müraciət etməyi məsləhət görüb.
Oxu24.com
ŞƏRHLƏR