Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87530
az

Almaniya İsraildən Strela almağa tələsir

23:0220 Aprel, 2023
124
  • A

Almaniyanın İsraildən “Hetz-3” raket əleyhinə müdafiə sistemi alması ilə bağlı danışıqlar yaxın vaxtlarda təfərrüatlı sazişin hazırlanması məqsədilə bu həftə sürətlənib.

Oxu24.com xəbər  verir   ki, bu barədə İsrailin Vesty.co.il nəşri məlumat yayıb.

Məlumata görə, satış icazəsi sistemin hazırlanmasında və istehsalında iştirak etmiş ABŞ tərəfindən verilməlidir. Bundan əvvəl Vaşinqton Hetz-3-ün Cənubi Koreyaya satışını əngəlləmişdi, istehsalçı Aviasiya Sənayesi Konserni (IAI) bu məhdudiyyətlərdən yan keçə bilməz.


Almaniya hökuməti 2022-ci ilin oktyabrında Hetz-3-ün alınması üçün ABŞ və İsrail Müdafiə Nazirliyinə sorğu göndərib. Bildirilib ki, müqavilənin təxmini məbləği  2 milyard avro qiymətləndirilir, lakin bu 3 milyard avroya qədər yüksələ bilər.

Bundan əvvəl Almaniyada 14 Avropa dövlətinin də qoşulduğu “Avropa Göy Qalxanı Təşəbbüsü” adlı birgə layihə üzərində işlərə başlanılıb. İsrailin raket əleyhinə sistemlərinin bu sistemin bir hissəsi olacağı ehtimal edilir.

Razılaşma baş tutsa, bu, Hindistanın 1,6 milyard dollara İsrailin Barak-8 sistemlərini almağa razı olduğu 2017-ci ildən bəri İsrail üçün ən böyük müdafiə sifarişi olacaq.

Hetz kompleksi İsrailin çoxsəviyyəli raketdən müdafiə sisteminin əsas komponenti hesab olunur və bu sistemdə Dəmir Günbəz və Sehrli Çubuq da var. Taasiya Avirit (IAI) konserni tərəfindən hazırlanmış raket əleyhinə sistem bütün növ qitələrarası ballistik raketləri məhv etmək üçün istifadə olunur. Dəqiqlik 99% qiymətləndirilir

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyadan təyyarəmizin raketlə vurulması ilə      bağlı      AÇIQLAMA
"4 ölkə İŞİD-lə mübarizə aparmaq üçün ortaq mexanizm yaradır"- Hakan Fidan
"iPhone" oğurlayan çempion     Moskvada      saxlanılıb

Mavi balina haqda sizi şok edəcək faktlar: Bu boyda ürək olar?

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
“Nimesil” Azərbaycanda       qadağan     ediləcək?
Laçında aşan yük    avtomobilinin        görüntüsü