Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87520
az

Peykimizə nə oldu? - Daha 20 milyon xeyir verə bilərdi

21:1820 Aprel, 2023
391
ÖZƏL BÖLÜM
  • A

Məlum olduğu kimi, bu gün “Azersky” - Yerin məsafədən müşahidə peyki ilə məlumat mübadiləsi dayanıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (Azərkosmos) Azərbaycan peykinin dizayn edilmiş istismar müddətindən 1 il daha tez, yəni fəaliyyətinin 9-cu ilində missiyasını başa çatdırdığını açıqlayıb.

Oxu24.com xəbər verir ki, İKT üzrə ekspert Osman Gündüz “Azersky”ın kiberhücum, yoxsa meteoritlə toqquşma səbəbindən vaxtından tez fəaliyyətini bitirməsi ilə bağlı ehtimallarını irəli sürüb: “Azərkosmos açıqlama yayıb ki, “AzerSky” peykimiz fəaliyyətini vaxtından tez bitirib. Peyklə əlaqələr qəflətən kəsilib və istehsalçı şirkət olan Fransanın “Airbus Defence and Space” ilə birgə çalışsalar da, “AzerSky” ilə rabitə qurmaq mümkün olmayıb. 2014-cü ildə orbitə qaldırılan peykin istismar müddətinin başa çatmasına isə bir il qalmışdı, həm də gözlənilirdi ki, onun resursları aktiv fəaliyyət üçün daha bir-iki il də yetərli olacaq.

Görəsən, nə baş verib? Baş verənlər yetərincə düşündürücü və çox ciddi bir hadisədir.

“AzerSky” yerin müşahidəsi baxımından, həmçinin, açıq desək, kəşfiyyat baxımından da Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi. Xatırlayıram ki, Prezident məhz bu peykin 44 günlük Vətən müharibəsində xüsusi əhəmiyyətini vurğulamışdı. Həm də bu peyk ölkəmizə yetərincə valyuta gətirir, təxmini hesablamaq olar ki, yaxın iki ilə daha 20 milyon da xeyir verə bilərdi. “Azərkosmos” bu peykdən alınan resurslarla ölkəyə xeyli valyuta gətirmişdi. Bunun istismarı ətrafında Azərbaycanda nəhəng bir infrastruktur formalaşmışdı”.

 

O. Gündüz qeyd edib ki, “Azərkosmos” ehtimal olaraq, müşahidə peykimizin meteorit və ya hansısa göy cisimləri ilə toqquşma versiyasını irəli sürdüyünü açıqlayıb: “Əlbəttə, ilk ağlagələn bu ola bilər. Başqa kosmos ölkələrində də bu tip hadisələr olub. Yeri gəlmişkən, “Azərkosmos”un kömək üçün müraciət etdiyi Amerikanın kosmik qurumları peykin öz orbitində fırlanmaqda davam etdiyini bildirib. Amma peyklə hansısa əlaqələr qurmaq mümkün olmayıb.

Kiberhücum olubmu? Düşünürəm ki, burada mütləq şəkildə peykimizə qarşı kiberhücum faktoru üzərində də işləmək doğru olardı. Xüsusən də, nəzərə alsaq ki, kosmik resurslara malik olan Fransa və İranla münasibətlərimiz xeyli gərginləşib, istehsalçı ölkə də Fransa şirkətidir. Eyni zamanda, bu resurslara sahib olan Rusiya faktorunu nəzərdən qaçırmaq olmaz. Ermənistan da yenicə dünya peyk ailəsinə qoşulub. Həmçinin, güman ki, Fransa artıq baş verənlərdən anlamamış deyil ki, Azərbaycan növbəti peyk istehsalında bu ölkəni tərəfdaş olaraq nəzərdə tutmur.

Bütün bunlar düşünməyə əsas verir ki, Azərbaycanı istəməyən qüvvələr “AzerSky” peykimizə qarşı kiberhücum da təşkil edə bilərdi”.

Ekspertin sözlərinə görə, kiberhücumun olub-olmaması faktı mütləq şəkildə araşdırılmalıdır: “İstənilən halda, fikrimcə, səlahiyyətli qurumlar və kəşfiyyat qurumlarımızın mütləq olaraq kiberhücumu araşdırması məntiqli və doğru olardı. Həm də, düşünmək olar ki, maraqlı tərəflər məqsədyönlü olaraq da bu kiberhücum faktını qabarda bilərlər. Belə olan halda isə “Azərkosmos” 45 milyon manat sığorta ödənişindən məhrum ola bilər.

Yəni, hər bir halda kiberhücumun olub-olmaması faktı mütləq şəkildə araşdırılmalıdır. Təkrar edirəm ki, baş verənlər müharibə labüd olan Azərbaycanın milli maraqları baxımından olduqca ciddidir, milli təhlükəsizlik məsələsidir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
DİQQƏT! Maaşlara əlavələrin verilməsində dəyişiklik edildi
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü