Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87515
az

Mariya Stadnik doqquzqat Avropa çempionu olub

20:3420 Aprel, 2023
375
İDMAN
  • A

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

Oxu24.com-un məlumatına görə, 50 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada ukraynalı Oksana Livaçla üz-üzə gəlib.

Rəqibini 9:4 hesabı ilə məğlub edən Stadnik 9-cu dəfə Avropa çempionu olub.

Bu gün, həmçinin, Elnurə Məmmədova (55 kq) və Alyona Kolesnik (59 kq) bürünc medal uğrunda güləşəcəklər.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 6 medalla komanda hesabında Avropa çempionu olublar. Yarış aprelin 23-də başa çatacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gənc atletimizdən rekord
"Kəpəz" 150-ci dəfə səfərdə    məğlub    oldu
HK sədri Qurban Qurbanova    cavab     verdi