Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
875
az

Tovuzda aprel qazisi özünü asdı

15:0520 Aprel, 2018
2608
KRİMİNAL
  • A
2016-cı ilin aprelində Qarabağda gedən döyüşlərin iştirakçısı, bu döyüşlərdə ağır yaralanan, ancaq həkimlərin səyi ilə ölümdən xilas olan 26 yaşlı döyüşçü Fazil Abdiyev Tovuz şəhərində intihar edib.

 Virtualaz.org xəbər verir ki, aprel döyüşçüsü özünü yaşadıqları evdə asıb.

Xəbəri virtualaz.org-a Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini Niftalı Qasımov təsdiqləyib. İcra hakimiyyətinin başçısının müavini bildirib ki, hazırda faciənin səbəbləri araşdırılır.

“Təəssüf ki, igid döyüşçümüz ötən gün intihar edib. Biz xəbəri dünən eşitdik, əməkdaşlarımız yas yerində olublar, dəfndə iştirak ediblər. Onun işlə, dolanışıqla bağlı problem yox idi, biz onu işlə təmin etmişdik. Tikinti sahəsində mühəndis işləyirdi. Görünür psixoloji problemləri olub. Hazırda hansı səbəbdən intihar etdiyi araşdırılır”.
Niftalı Qasımov onu da qeyd edib ki, F.Abdiyev ötən il də apreldə intihara cəhd edib: “Yaxınlarından öyrəndik ki, ötən ilin aprel ayında da intihar etmək istəyibmiş. Görünür döyüşdə keçirdiyi psixoloji sarsıntılarla əlaqədar olub”.
İntihar faktı bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

F. Abdiyev Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. O, aprel döyüşlərində də böyük şücaət göstərib. Döyüşlərdə Fazilin bir neçə döyüş yoldaşı şəhid olub, onun özü ağır yaralanıb. Fazili şəhid olan əsgərlərin arasında ağır yaralı halda tapıblar. Həkimlərin səyi nəticəsində onu həyata qaytarmaq mümkün olub.
Ordudan tərxis olunandan sonra Fazil Abdiyev rayona qayıdıb, mülki işdə işləməyə başlayıb. Tovuz sakinlərindən aldığımız məlumata görə intihar hadisəsi evdə heç kimin olmadığı vaxtda baş verib. Belə ki, dünən aprelin 19-da səhər saatlarında Fazilin atası və qardaşı iş dalınca evdən çıxıblar. Xəstəxanada tibb bacısı işləyən anası isə növbədə olub. Evdə heç kimin olmamasında istifadə edən Fazil özünü asıb.

Fazil Abdiyev intihardan bir neçə gün əvvəl qonşularına deyibmiş ki, yoldaşlarının ölümü ona pis təsir edib. O, döyüş yoldaşlarının ölümü ilə barışa bilmirmiş.
Deyirmiş ki, "''Niyə onlar öldü, mən ölmədim’’. Görünür, müharibə, döyüşlər onda acı iz buraxıbmış...''-Tovuz şəhəri üzrə İcra Nümayəndəliyinin rəhbəri Yaşar İbrahimov deyib. Onun sözlərinə görə, Fazil çox sakit, təmkinli, tərbiyəli, eyni zamanda cəsur gənc idi, tanıyanların hamısı onun hörmətini saxlayırdı... Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Meyiti tapılan şəxs görün kim imiş
Hərbçimiz intihar etdi
Hərbçimiz özünü güllələyərək öldürdü

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır