Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87464
az

Nazirlər Kabineti DTX-nin Akademiyasında magistr təhsili ilə bağlı qərar imzalayıb

10:1820 Aprel, 2023
258
CƏMİYYƏT
  • A

Nazirlər Kabineti Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Akademiyasında magistr təhsili ilə bağlı qərar imzalayıb.

Nazirlər Kabinetindən Oxu24.com-a bildirilib ki, Prezidentin 2022-ci il 16 noyabr tarixli 3588 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Nizamnaməsi”ndə bir sıra dəyişiklik edilib.

Son dəyişikliklərə əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında “magistratura” pilləsi yaradılıb, Akademiya rəisinə isə dissertantların təhkim olunmasına rəhbərlik həvalə edilib.

Eyni zamanda, Akademiyada yalnız fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün dissertasiya şuraları yaradılırdısa, son dəyişikliklərdən sonra artıq magistr dissertasiyalarının da müdafiəsinin təşkili üçün ixtisaslaşdırılmış şuralar yaradılır.

Bundan əlavə, son dəyişikliklərlə Akademiyanın dəyişən heyətinə Akademiyada təhsil alan kursantlar, dinləyicilər və adyunkturlardan əlavə dissertantlar da daxil ediliblər.

Həmçinin, adyunkturada və ya dissertantlıq yolu ilə təhsilini başa çatdırmış və müvafiq elmi dərəcə almış hərbi qulluqçulara və mülki şəxslərə elmi dərəcəni təsdiq edən vahid formalı dövlət sənədinin - diplomun verilməsi barədə norma əlavə edilib.

Bu baxımdan Nazirlər Kabinetinin bir sıra qərarlarında dəyişiklik edilməsi zərurəti yaranıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Laçında ayı bir nəfəri yaraladı, hərbçilər köməyə gəldi -FOTO
"Whatsapp"da möhtəşəm YENİLİK
Azərbaycanda tanınmış müğənni vəfat etdi -FOTO

Qulaqcıqlarla bağlı CİDDİ XƏBƏRDARLIQ -Geri dönməz dəyişikliklərə səbəb olur

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
“Dəfn pulu”    artırılır