Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87455
az

İnsan beyninin saxta xatirələr yarada biləcəyi müəyyən edilib

09:3920 Aprel, 2023
159
CƏMİYYƏT
  • A

Yeni araşdırma insan beyninin saxta xatirələr yarada biləcəyini müəyyən edib.

OXU24.COM  AZƏRTAC-a istinadla bildirir ki, Amsterdam Universiteti alimlərinin rəhbərlik etdiyi tədqiqatda 534 nəfərə latın hərflərinin əks formaları (C və Ɔ) göstərilib. Bu zaman iştirakçıların əks hərfi real formada xatırlamağa meyilli olduğu müəyyən edilib.

Tədqiqatda bəzi iştirakçılara yaddaşlarını qarışdırmaq üçün təsadüfi hərflər göstərilib. Sonda bütün iştirakçılara göstərilən ilk hərfi təkrar söyləmələri istənilib.
 

Araşdırmada iştirakçıların 20 faizi birinci hərfin göstərilməsindən yarım saniyə sonra istədikləri hərflə bağlı saxta yaddaş meydana gəldiyini bildirib. İştirakçıların 30 faizində isə saxta yaddaş 3 saniyədən sonra yaranıb. Tədqiqat nəticəsində məlum olub ki, iştirakçılar göstərilən saxta hərfləri real kimi xatırlayırlar.

Mütəxəssislər insan beyninin görmək istədiyi xatirələri yarada bildiyini qeyd ediblər.

Araşdırma "PLOS One" jurnalında dərc olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur azərbaycanlı müğənni indi şirniyyat bişirib satır - FOTO
Seysmoloji Xidmət zəlzələ ilə bağlı əhaliyə müraciət etdi
Elçilikdə "yox" cavabı aldığı qızı və anasını MAŞINLA VURDU