Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8745
az

Donuz qripinə yoluxmaq istəmirsinizsə... - Məşhur professordan VACİB XƏBƏRDARLIQ

17:1209 Yanvar, 2019
868
TİBB
  • A
 
Latın Amerikası ölkələri başda olmaqla bu gün dünyada sürətlə yayılan donuz qripinə qonşu ölkələrdə yoluxanların sayı artmaqda davam edir. Qabaqlayıcı tədbirlər vaxtında görülməzsə, ölümə səbəb olan H1N1 virusundan qorunmaq üçün immun sistemini gücləndirmək lazımdır.

Oxu24.com xarici mediaya istinadən xəbər verir ki, donuz qripindan qorunmaq üçün düzgün qidalanmaq və gigiyenik qaydalara riayət etmək lazımdır. Bu qaydalara əməl etmək immun sistemini gücləndirir. İmmun sisteminə ən çox təsir edən məqamlar – qidalanma, stress və yuxudur.

Fol turşusu, B6, C, E vitaminləri, beta-karoten, sink, Omega-3 immun sistemini gücləndirmək üçün vacibdir. Bəs bu maddələri hansı qidalardan qəbul edə bilərik?

B6 vitamini – toyuq, balıq, banan, kartof, brokoli, ispanaq, quru meyvələr

C vitamin – cəfəri, bibər, kivi, yaşıl yarpaqlı tərəvəzlər, portağal

E vitamin – quru meyvələr, yaşıl yarpaqlı tərəvəzlər, bitki tərkibli yağlar

Fol turşusu – brokoli, quru meyvələr, yaşıl yarpaqlı tərəvəzlər, paxlalı bitkilər

Beta-karoten - kök, şaftalı, narıncı-sarı meyvələr, brokoli, ispanaq, şüyüd, cəfəri

Sink – dəniz məhsulları, qırmızı ət, paxlalı bitkilər

Omega 3 - Yaşıl yarpaqlı bitkilər və balıq
 Bunlardan əlavə gündəlik qida rasionunuza soğan, sarımsaq, zəncəfili əlavə edə bilərsiniz. Bununla da qış aylarında bədəninizin ehtiyacı olan dəstəyi təbii yollarla əldə etmiş olacaqsınız.

Donuz qripindən qorunmaq üçün Türkiyənin məşhur həkimi, professor Canan Karatay bəzi təkliflər irəli sürüb. O bildirib ki, sağlam qidalansanız, süni, fabrik məhsulları yeməsəniz, trans yağlarla hazırlanan qidalardan uzaq dursanız xəstələnməzsiniz.

Həkim bildirir ki, zeytun yağını yandırmadan yesəniz, heç bir problem olmaz. Zeytun yağının tərkibində Omega-3 olduğunu deyən C.Karatay onu ana südünə bənzədir.

“Səhər yeməyindən əvvəl bir yemək qaşığı zeytun yağı içə bilərsiniz. Ancaq içdiyiniz yağın təbii olması vacibdir. Mütəmadi olaraq qəbul etsəniz, həm immun, həm də həzm sisteminiz güclənər”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycana tam elektrikli təcili yardım avtomobilləri gətiriləcək
Vüqar Qurbanov bu şöbəyə müdir təyin etdi
Səhiyyə Nazirliyi ÇAĞIRIŞ etdi - 40 yaş üzəri insanlar...

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ