Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87437
az

Ermənistan MN Anna Akopyanın 11 min fərari ilə bağlı açıqlamasını şərh etməyib

20:5619 Aprel, 2023
191
DÜNYA
  • A

Ermənistan Müdafiə Nazirliyi Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın 11 min fərari ilə bağlı açıqlaması barədə “Sputnik Armenia”nın sorğusunu şərh etməkdən imtina edib.

Oxu24.com   xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

“Xidmət və ya fərarilik yerinin icazəsiz tərk edilməsi ilə əlaqədar açılmış cinayət işləri haqqında məlumatı cinayət icraatını həyata keçirən orqandan dəqiqləşdirməyi təklif edirik", - deyə Müdafiə Nazirliyi “Sputnik Armenia”nın sorğusuna cavabında bildirilib.

Agentlik mövzu ilə bağlı Ermənistanın Baş Prokurorluğuna və İstintaq Komitəsinə sorğular göndərilib.

Hər iki qurum cavab vermək uzun müddət lazım olduğunu bildirib

Akopyan bildirmişdi ki, 44 günlük müharibə zamanı Ermənistanda 11 min fərari olub.
Onlar arasında zabitlər də olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin Lukaşenkonu    təbrik     etdi
Dünyada şokoladın qiyməti bahalaşıb
Azərbaycanla sərhəddə qəza- Erməni hərbi prokuror öldü