Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87423
az

Ağcaqanad dişlədi, öldü - VİDEO - FOTO

18:0119 Aprel, 2023
129
CƏMİYYƏT
  • A
Türkiyədə 51 yaşlı İbrahim Kadir Karaoğlanoğlu adlı mühafizəçi yaşadığı Dənizli şəhərindən işləmək üçün Antalyaya gedib.
 
Orada çalışdığı hoteldə mühafizəçini ağcaqanad dişləyib.
 
OXU24.COM oxu.az-a istinadən xəbər verir ki, nəticədə Kadir Karaoğlanoğlu fil ayağı xəstəliyinə tutulub. Hər gün bədəni dəyişən və şişən Karaoğlanoğlunun xəstəliyinə çarə tapılmayıb. Ayaqları fil ayağı qədər şişən və tamamilə çarpayıya bağlı qalan mühafizəçinin vəziyyəti günü-gündən pisləşib və o, yerindən belə tərpənə bilməyib.
 
Daha sonra o, xəstəliyin mikrocərrahiyyə ilə müalicə oluna biləcəyini eşidib və sağalması üçün etdiyi çağırışla gündəmə gəlib.
 
9 ildir sağalacağı, insanların arasında olacağı günlərin həsrətindən bəhs edən Karaoğlanoğlunun bu çıxışından saatlar sonra vəziyyəti qəfildən pisləşib. Şikayətləri artan mühafizəçi təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
 
Lakin nəfəs almaqda çətinlik çəkən və burada intubasiya edilən Karaoğlanoğlunun həyatını xilas etmək mümkün olmayıb. O, aparıldığı xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq həyatını itirib.
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Elçilikdə "yox" cavabı alan kişidən ağlagəlməz əməl - - təfərrüat
Marketlərdə satılan toyuqlara öldürücü dərman qatılır? - Professor AÇIQLADI
Suriyaya qarşı sanksiyalar mərhələli şəkildə ləğv ediləcək