Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87407
az

Sevda Yahyayeva: “Qızımıza baxmaq üçün yoldaşımla gecə növbəmiz var” - VİDEO

16:0019 Aprel, 2023
312
  • A

"Qoy bayağı mahnılar və ifaçılar olsun. Onsuz da təqdim olunan mahnılar, ifa edən müğənnilər nə qədər çox olsa, hər kəs öz sevdiyi ifaçısını və mahnını seçəcək. Müğənnilər oxuyur, tamaşaçı da öz seçimini edir". 

OXU24.COM bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "Şou xəbər" verilişinə müsahibəsində deyib. 

Sənətçi bildirib ki, onun adı artıq brenddir: 

"Mən şou-biznesdə varam. Sevda Yahyayeva adı böyük kimi çıxmasın artıq brenddir. Sevda Yahyayevanın Azərbaycan şou-biznesdə öz yeri var". 

Ötən ilin sonlarında qız anası olan S.Yahyayevanın sözlərinə görə, həkim-genetik həyat yoldaşı hər bir işində ona dəstəyini əsirgəmir: 

"Əlbəttə, ilk növbədə mən anayam. Ev qayğılarım var. Analıq sözlə ifadə olmayan əvəzolunmaz hisslərdir. Həyat yoldaşım Zakir Bayramov bir həkim kimi, bir insan kimi də əlimdən tutur. Biz bərabər evdə olanda qızımız Aylaya birlikdə baxırıq. Oyaq qalıb övladımıza baxmaq üçün gecə növbəmiz də var". 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nigardan Aygün Bəylərlə bağlı paylaşım -VİDEO
Azər Baxşəliyev dəfn olundu - Fotolar/Yeniləndi
İlkin Həsənidən Azərlə bağlı AÇIQLAMA: "Bu gecə son gecədir"