Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8738
az

Azərbaycan həbsxanalarında transseksuallar: Elələri var ki, həbsxanada belə olurlar

15:0009 Yanvar, 2019
1974
KRİMİNAL
  • A
 Bu gün küçədə qeyri-ənənəvi cinsi oriyentasiyaya sahib, transseksual və ya transgender insanlara tez-tez rast gəlmək olur.

Oxu24.com  Media.Az-a istinadən xəbər verir ki, Azərbaycan tolerant dövlətdir, yuxarıda göstərilən şəxslər ölkəmizin vətəndaşlarıdır, digər vətəndaşlarla eyni hüquqlara sahibdirlər.

Heç kim qanun pozuntusundan sığortalanmayıb. Belə hallarda transseksualları hara göndərirlər?

"Bu gün Azərbaycan həbsxanalarında transseksuallar yoxdur. Söhbət cinsini dəyişən şəxslərdən gedir. Ancaq qeyri-ənənəvi cinsi oriyentasiyaya sahib insanlar az deyil”, - Pentensiar Xidmətin ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Mehman Sadıqov deyib.

Onun sözlərinə görə, homoseksuallar, əsasən, kişi, lezbiyanlar isə qadın koloniyalarında saxlanılır. Yeri gəlmişkən, lezbiyanların sayı azdır. Onlar üçün heç bir xüsusi güzəştlər tətbiq edilmir. Qayda, qanun və saxlanma şərtləri hər kəs üçün eynidir.

"Biz ayrıseçkiliyin baş verməsinə icazə vermərik. Deyə bilərəm ki, onlar heç bir təzyiqlə üzləşmirlər. Əlbəttə, üzərində işlər aparılan xüsusi qrup var, ancaq ona oriyentasiyasından asılı olmayaraq, hər kəs daxil edilir”, - o bildirib.

Azərbaycan Hüquq Müdafiə Mərkəzinin direktoru Eldar Zeynalov bəyan edib ki, əgər transseksual qanun pozucularının sayı kifayət qədər olsaydı, o zaman onlar üçün koloniya daxilində xüsusi bölmələr yaratmaq olardı. Bu məhkumların şəxsi təhlükəsizlik maraqlarına görə ədalətli olardı.

Hüquq müdafiəçisi əlavə edib ki, əgər transseksual mühakimə edilsə və bununla yanaşı, onun həyatı və ya sağlamlığı üçün təhlükə olsa, təşkilat onun təhlükəsizliyini təmin etməlidir. Əsasən, bu hallarda digər koloniyaya köçürülmə və ya təcrid edilmə formasından istifadə edilir.

"Əgər xarici görünüşcə qadın, sənədlərdə isə kişi olan şəxs mühakimə edilirsə, o zaman həmin şəxs kişi koloniyasına göndərilir və təhlükəsizliyi təmin edilir. Əlbəttə, bu, sərt rejim olsa da, onun toxunulmazlığını təmin edir”, - o bildirib.

Hüquq müdafiəçisi təsdiq edib ki, həbsxanalarda qeyri-ənənəvi cinsi oriyentasiyaya sahib insanlar saxlanılır.

"Bir neçə il əvvəl iki lezbiyan koloniyada toy təqlid edib. "Mavi”lərə gəlincə isə, onları ayaqyoluna yaxın kameralarda saxlayırlar. Homoseksuallar var, amma elələri də var ki, həbsxanada belə olurlar”, - o qeyd edib.

E.Zeynalov bir fakta daha diqqət yetirməyi təklif edib.

Belə ki, transseksualların əməliyyatdan əvvəl və sonrakı vəziyyətlərinə diqqət yetirək. Əməliyyata qədər kişi cinsi orqanı olan qızları qadın koloniyasına heç kim buraxmaz. Ancaq əməliyyatdan sonra onlar adi qadın olurlar və rahatlıqla qadın koloniyasında qalırlar.

"Əsas problem əməliyyat edilməyən transseksuallarla bağlıdır. Həmin şəxslərin öz cinsindən olan insanlarla eyni koloniyaya salınması, əslində, onların bu cinsdən olanları əks cins kimi görməsi böyük münaqişəyə səbəb olur. Çıxış yolu ya əməliyyatın keçirilməsi, ya da təcrid edilmədir. Ümumiyyətlə, cinsi məsələlərlə bağlı cəzaçəkmə müəssisəsində ciddi problemlərimiz var”, - o əlavə edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaçmazda evdən qadının meyiti tapıldı
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Təcili tibbi yardıma 800 minə yaxın    müraciət    olub
“Ayıcıq” bağçasında iş adı ilə insanları aldadan şəxs tutuldu- Video