Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87350
az

Rusiya ordusu son sutkada Ukraynaya 57 raket atıb, yaralananlar var

20:4118 Aprel, 2023
70
DÜNYA
  • A

“Rusiya ordusu son sutkada Ukrayna ərazisinə 57 raket atıb, bir neçə mülki şəxs yaralanıb”.

Oxu24.com  xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Məlumata görə, Ukraynanın bütün ərazisinə raket və hava zərbələrinin endirilməsi ehtimalı yüksək olaraq qalır.

Baş Qərargahdan qeyd olunub ki, Rusiya qoşunları xeyli itki verir, buna baxmayaraq əsas səylərini Kupyansk, Lymansk, Baxmut, Avdiivka və Marinsk istiqamətlərinə yönəldib: “Hərbi əməliyyatların mərkəzi Baxmut və Maryinkadır. Son sutkada cəbhənin bütün istiqamətlərində düşmənin ümumilikdə 70-dən çox hücumu dəf edilib”.

Məlumata görə, Rusiya ordusu Zaporojye və Xerson istiqamətlərində müdafiə əməliyyatlarını davam etdirir: “Düşmənin “Merlin” tipli kəşfiyyat PUA-sı da vurulub. Raket qoşunları və artilleriya bölmələri qarşı tərəfin canlı qüvvəsinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi 2 əraziyə, eləcə də düşmənin 1 radioelektron məntəqəsinə zərbələr endirib”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pekin tərtibatçılara kömək etmək üçün genişmiqyaslı proqrama start verir
Türkiyə İHA-sı Rəisinin meyitini necə tapıb? +VİDEO
Pentaqon Rusiya ərazisində Amerika silahlarından istifadənin əleyhinədir

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb

18+

Küçədə qıza hücum edən şəxs kameraya düşdü (18+VİDEO)
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO