44 günlük müharibə zamanı özünü xəstəliyə vuraraq döyüşdə iştirakdan yayınmış Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandirinin müavini polkovnik həbs edilib.
Oxu24.com “Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Hərbi İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, Hərbi İstintaq İdarəsinin baş hərbi istintaq şöbəsi tərəfindən aparılan ibtidai istintaq və genişmiqyaslı istintaq-əməliyyat tədbirləri nəticəsində faktlar əldə edilib. Həmin faktlara əsasən, N saylı hərbi hissənin komandir müavini polkovnik M. 2020-ci il oktyabrın 10-dan noyabrın 3-dək xəstəlik bəhanəsi ilə döyüşə getməkdən yayınıb.
Məlumata görə, polkovnik stasionar müalicə tələb olunmadığı halda 23 gün tibb müəssisəsində yataraq xidməti vəzifələrini yerinə yetirməkdən müvəqqəti olaraq kənarlaşdırılıb.
Nigar
Oxu24.com
ŞƏRHLƏR