Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87342
az

Baş nazir mühüm qərar imzaladı

20:0518 Aprel, 2023
259
  • A

Azərbaycanda tibbi maska istehsalı üçün idxal olunan xammal 2030-cu ilin dekabrın 31-dək gömrük rüsumdan azad edilir.

Oxu24.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Dəyişikliyə görə, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların istehsalı məqsədilə 3 fərqli formalı hopdurulmuş və ya hopdurulmamış, örtüklü və ya örtüksüz, təkrarlanmış və ya təkrarlanmamış, toxunmamış materiallarıın idxalı gömrük rüsumundan azadolma müddəti 2030-cu ilin dekabrın 31-dək uzadılıb.

Qeyd edək ki, eyni kateqoriyalı məhsullar üçün idxal rüsumundan azadolma ikinci dəfədir artırılıb. Belə ki, sonuncu dəfə Nazirlər Kabineti 2022-ci ilin noyabrın 5-də bu müddəti 2024-cü ilin dekabrın 31-dək artırıb.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İnfarktın başladığını göstərən 7 VACİB ƏLAMƏT
Onların maaşı 40 faiz artdı
Əhali ən çox bu internet provayderindən şikayət edir

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı