Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87307
az

Əsgərlərimizə təcili baş çəkilməli, onların vəziyyəti ilə bağlı məlumat verilməlidir - TƏLƏB

11:2718 Aprel, 2023
359
HƏRBİ
  • A

Azərbaycan əsgərinin əlverişsiz hava şəraiti və görmə məsafəsinin məhdudlaşdırılması səbəbindən Ermənistana əsir düşməsi və ona olmazın işgəncələr verilməsi kadrları gündəmin əsas mövzusu olaraq qalır. Erməni daşnakların törətdikləri vəhşilik faktı qardaş Türkiyə mediasında, ictimai dairələrində də hiddət doğurub. İğdırda fəaliyyət göstərən Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyi Ermənistanı sərt şəkildə qınayıb. Bildirilir ki, Ermənistan mətbuatının yaydığı foto və videolar Azərbaycan əsgərlərinə beynəlxalq hüquq sənədlərinə zidd olaraq işgəncələrə və qeyri-insani rəftara məruz qaldığını əyani şəkildə sübut edir. Belə ki, yayılan videoda Azərbaycan əsgərlərinin əlləri bağlı halda döyüldüyü, təhqir edildiyi açıq-aydın görünür. Bu fakt göstərir ki, Ermənistan Cenevrə Konvensiyası, İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzalara qarşı Konvensiya və digər mühüm beynəlxalq qaydalar üzrə öhdəliklərini yerinə yetirməyib və bu prosesdə, azərbaycanlılara qarşı geniş yayılmış etnik nifrət və irqi ayrı-seçkiliyin bariz sübutudur.

O da qeyd edilir ki, sözügedən zorakılıqdan əlavə, Ermənistanın son 30 ildə azərbaycanlı hərbi və mülki məhbuslara, 3890 itkin düşməsinə qarşı tətbiq etdiyi zorakılıq müvafiq beynəlxalq təşkilatlar tərəfindən araşdırılmalı və düzgün hüquqi qiymət verilməlidir. Biz birlik olaraq bu cinayəti qətiyyətlə pisləyir və beynəlxalq ictimaiyyəti Ermənistan hökumətinin və cinayətkarların əməllərinə hüquqi qiymət verməyə, yolunu azmış Azərbaycan əsgərlərinin dərhal və qeyd-şərtsiz azad edilməsini təmin etməyə çağırırıq.

Sonda Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistandakı nümayəndəliyindən xahiş edilir ki, Ermənistanın nəzarəti altında olan ərazilərdə Azərbaycan əsgərlərinə təcili baş çəkib onların vəziyyəti ilə bağlı məlumat versinlər. Biz dünya ictimaiyyətini bu fakta biganə qalmamağa və Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn öhdəliklərini yerinə yetirməyə qətiyyətlə dəvət edirik.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ordumuzun əsgəri vəfat etdi
Azərbaycanın xüsusi təyinatlıları Naxçıvanda TƏLİM KEÇDİ - FOTO/VİDEO
Atəşkəs pozuldu: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü