Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87291
az

ABŞ-ın Sudandakı səfirliyinin avtomobili atəşə tutulub

23:5917 Aprel, 2023
85
DÜNYA
  • A

ABŞ-ın Sudandakı səfirliyinin zirehli maşını Sudanda atəşə tutulub.

Oxu24.com  xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

"Səfirliyin zirehli maşını xüsusi təyinatlılar tərəfindən qəsdən atəşə tutulub", - ABŞ səfirliyindəki mənbələr telekanala bildiriblər.

Eyni zamanda, diplomatik missiyanın əməkdaşlarından heç birinin xəsarət almadığı qeyd edilir.

Sudanda toqquşmalar başlayandan indiyədək 180-dən çox insan həlak olub, 1800-dən çox insan yaralanıb. Aprelin 15-də ordu bölmələri ilə çevik reaksiya qüvvələrinin (xüsusi təyinatlıların) bölmələri arasında başlayan silahlı toqquşmalar davam edir. BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) üç əməkdaşı Sudanda xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmalar zamanı həlak olub. Bunun ardınca Ümumdünya Ərzaq Proqramı xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmaların davam etdiyi Sudanda fəaliyyətini dayandırıb.

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Peskov: ABŞ-dan hələ yaxşı heç nə gözləmək olmaz
Estoniya hökuməti qurmaq səlahiyyətlərini Mixailə təhvil verdi
Borrell Ukrayna ilə bağlı açıqlamasında qeyd edib

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
"Bəzi cinayətlərin açılmasında mətbuatın da öz tövhəsi olub" - Kamran Əliyev