Rusiya Prezidenti Vladimir Putin braziliyalı həmkarı Lula da Silvanı ölkəsinə dəvət edib.
Oxu24.com “RT”ə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov braziliyalı həmkarı Mauro Vieira ilə görüşdə bildirib.
Tərəflər səfərin hər iki lider üçün əlverişli tarixinin hazırlanması üzərində işləmək niyyətindədirlər.
Xatırladaq ki, aprelin 17-də Lavrov Braziliyaya rəsmi səfərə gəlib.
Lavrovun aprelin 17-dən 21-dək Latın Amerikasının bir sıra ölkələrinə səfər edəcək.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR