Türkiyə ordusu cavab əməliyyatına başlayıb.
Oxu24.com xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar Suriyanın şimalında Türkiyə hərbi bazasına hücumdan sonra Türkiyə ordusunun dərhal cavab addımı atdığını, nəticədə 10 PKK terrorçusunun zərərsizləşdirildiyini bildirib.
Kayseri şəhərində jurnalistlərin suallarını cavablandıran Akar ötən gecə PKK terrorçularının Suriyanın şimalında Türkiyə hərbi bazasını atəşə tutduğunu, nəticədə 4 əsgərin yaralandığını xatırladıb.
“Türkiyə hərbçiləri dərhal cavab tədbirlərinə başlayıb. Son məlumatlara görə, 10 PKK terrorçusu zərərsizləşdirilib”, - deyə Akar bildirib.
Nazir terror təhlükəsi tamamilə aradan qaldırılana qədər Türkiyənin PKK terrorçularına qarşı qətiyyətlə mübarizə aparacağını vurğulayıb.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR