Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87278
az

Samirə Bağırova: “Dedilər, icra başçısı yatır, gözləyin...“

21:4317 Aprel, 2023
279
  • A

"Metroda, dayanacaqda, növbədə dayanan xarici məmurlar bizim məmurlardan hər halda əskik deyillər. Çünki dövlətin məmuru xalqı dinləyən, anlayan tərəfdir, xalqın danışan dilidir. Mütləq xalqın içində olmalı, müşahidə etməlidir. Çatışmazlıqları görüb, lazım gəlsə, digər aidiyyatı olan məmurlara tədbir görülməsinə dair hər halda xəbərdarlıq, ya tapşırıqlar verilməlidir. Ölkəmizdə dövlət məmurlarını nəinki xalq içində görmək, heç iş otaqlarında qəbullarına düşmək mümkün deyil".

OXU24.COM  Pravda-ya istinadla xəbər verir ki, bunu psixoloq Samirə Bağırova deyib.

O bildirib: "Bu yaxınlarda ictimai məsələ ilə bağlı icra hakimiyyətində qəbul üçün qeydiyyata düşmüşəm. Dedilər ki, başçı yatır, gözləyin. Mat-məətəl qalmışdım. Soruşdum ki, nə vaxt oyanacaq? Dedilər, bilmirik, 1 saata da ola bilər, 2 saata da.

Başımı yelləyib çıxdım, düşündüm ki, gör kimlər vəzifəni idarə edir. Halbuki bu vəzifədə daha məsuliyyətli gənc kadrlardan kimsə xalqın bir çox işinə yaraya bilərdi. Vəzifəyə imam üzündə gəlirlər, kreslo görəndə xalqa düşmən kəsilirlər. Məsələ sadə xalqın içində görünməkdə deyil. Vəzifəli adam istəyir şəxsi təyyarəsi ilə səyahət etsin, amma işini vicdanla yerinə yetirsin".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Miri Yusifin prodüserini hədələyən şəxs saxlanıldı
"Özümü badam göz etdirdiyim üçün peşmanam" - VİDEO
Rəşad Dağlının ailəsinə AĞIR İTKİ

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı