Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87254
az

İsveçin NATO məsələsi uzanır

16:5817 Aprel, 2023
188
DÜNYA
  • A

İsveç ən azı sentyabr ayına qədər NATO-ya üzv olmayacaq.

 

Oxu24.com xəbər  verir   ki, bu barədə Sveriges radiosu məlumat yayıb.

 

İsveç radiosunun məlumatına görə, türk millət vəkillərinin iyundan sentyabr ayına qədər davam edən yay tətilindən əvvəl İsveçin alyansa daxil olması məsələsini müzakirə etmək ehtimalı azdır.

 

Qeyd olunur ki, Finlandiya NATO-ya daxil olduqdan sonra ABŞ, Fransa və Böyük Britaniyadan Türkiyəyə təzyiqlər artıb. Bundan əlavə, Norveç İsveçin ərizəsini ratifikasiya etməyən ölkələri qərarlarını dəyişməyə inandırmağa çalışır.

 

İsveç NATO-ya üzv olmaq üçün ərizəsini 2022-ci il mayın 18-də təqdim edib. Bu ilin əvvəlində Türkiyə ilə İsveç arasında Stokholmdakı Türkiyə səfirliyi yaxınlığında Quranın yandırılması ilə bağlı qalmaqal yaranmışdı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsveçin bu və digər anti-Türkiyə hərəkətlərindən sonra Ankaranın NATO-ya üzv olmaq ərizəsinə dəstək verməsini gözləmək lazım deyil.

 

Tərcümə:Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur ulduzun malikanəsində şər ruhlar dolaşır -ŞOK İDDİA
Türkiyədə çökən mədəndən 2 nəfər XİLAS EDİLDİ
Makronun ARVADI KİŞİDİR -Ouens sübutları dərc edəcəyinə SÖZ VERDİ

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Goranboyda 57 yaşlı kişi özünü asdı