Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87252
az

Bu ölkələrlə quru sərhədlər açıla bilər

16:2717 Aprel, 2023
290
REDAKTORUN SEÇİMİ
  • A

“Azərbaycanda quru sərhədlərin bağlanması birbaşa pandemiya ilə əlaqədar idi”.

Musavat.com xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Deputat qeyd edib ki, artıq karantin rejimi ilə bağlı əsas məhdudiyyətlər aradan qaldırılıb:

“Buna görə də Operativ Qərargah tərəfindən, xüsusən qonşu ölkələrdəki epidemioloji vəziyyətə uyğun olaraq gələn aydan quru sərhədlərin mərhələli şəkildə açılması ilə bağlı qərar qəbul edilməsi məqsədəuyğun olardı. Əksər region ölkələrində, o cümlədən, qardaş Türkiyə və qonşu Gürcüstanda epidemioloji vəziyyət nəzarət ediləcək həddədir. Artıq Türkiyə ilə quru sərhədlər açılıb, amma yalnız Naxçıvanda qeydiyyatda olan vətəndaşlarımız gedə bilər”.

Deputat Gürcüstan və Türkiyə ilə mərhələli şəkildə quru sərhədlərin tam açılmasını məqsədəuyğun hesab edir:

“Təbii ki, daha sonra digər qonşu ölkələrdəki epidemioloji vəziyyətə uyğun olaraq həmin ölkələrlə quru sərhədlərin açılması məsələsi müzakirə oluna bilər. Lakin Türkiyə və Gürcüstanla Azərbaycanın strateji əməkdaşlığının olduğunu, yoluxma sayını nəzərə alsaq, hər iki ölkə ilə mərhələli şəkildə daha qısa zamanda quru sərhədlərin açılması məqsədəuyğun olardı. Təbii ki, quru sərhədlərin açıq olması iqtisadi baxımdan vacibdir. Çünki bu, turizmə təsir göstərən əsas faktorlardan biridir. Xüsusən nəzərə alsaq ki, Azərbaycana gələn turistlərin təxminən 70 faizi Azərbaycanla quru sərhədi olan ölkələrdən gəlir. Bu, eyni zamanda Azərbaycan vətəndaşları üçün daha asan qonşu ölkələrə səfər imkanları baxımdan da vacibdir. Ona görə quru sərhədlərin açılması iqtisadi baxımdan da əhəmiyyətlidir. 2023-cü ildə regionda və qlobal olaraq epidemioloji vəziyyətin yumşalması Azərbaycanda da quru sərhədlərin açılmasını aktuallaşdırıb”.

Millət vəkili qonşu ölkələrin epidemioloji vəziyyətinə uyğun olaraq sərhədlərin mərhələli şəkildə açıla biləcəyinin mümkünlüyü bildirib. Bu ölkələr hansılardır? Burada yalnız epidemioloji vəziyyət nəzərə alınacaqmı? Hansı ölkədə epidemioloji vəziyyət qənaətbəxşdir?

İnfeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı Musavat.com-a bildirib ki, Gürcüstan və Türkiyədə epidemioloji vəziyyətlə bağlı problem yoxdur:

“Orada iqtisadi münasibətlər də daha yaxşıdır. Yəni sərhədlərin açılması ölkəmizə xeyirlidir. O ki qaldı digər ölkələrə, hazırda Rusiya, İranla bağlı müəyyən problemlər var. Bu, oradakı epidemioloji vəziyyətlə bağlı deyil. Tibbi baxımdan yanaşsaq, qonşu ölkələrdə vəziyyət stabildir. Hazırda koronavirus pandemiyası ilə bağlı bu ölkələrin heç birində problem yoxdur. Amma Rusiya-Ukrayna arasında gedən müharibə, İranla da hazırda münasibətlərdə problemlər var. O baxımdan bu ölkələrlə quru sərhədlərin açılacağını düşünmürəm”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqladığı son statistik məlumata görə, (16 aprel) ölkəmizdə koronavirusa yoluxanların sayı 66 nəfər, sağalanların sayı 59 nəfər, ölüm sayı isə 1 nəfər olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ərazilərdə 4 gün fasilələrlə işıq olmayacaq
Hamamdan meyiti tapıldı - FOTO
Qar yağacaq

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi