Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87243
az

10 yaşlı uşağı avtomobillə vurub öldürən  şəxsə hökm oxunub

15:1017 Aprel, 2023
183
KRİMİNAL
  • A

Bakıda 10 yaşlı uşağı avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Nizami Rəhimliyə hökm oxunub və o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

Oxu24.com  xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, axşam saatlarında rayonun Korgöz qəsəbəsi ərazisindən keçən Korgöz-Qızıldaş avtomobil yolunda sürücülük hüququ olmayan paytaxt sakini, 1993-cü il təvəllüdlü Nizami Rəhimli idarə etdiyi avtomobillə yolu keçən 2013-cü il təvəllüdlü Könül Sadıxovanı vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Ona qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı və Sumqayıtda 3 nəfər dələduzluğa     görə      tutuldu
Bakıda avtomobil və iki       moped     qaçırıldı
Qusar meşələrində böyük əməliyyatla tutulanları- Hansı cəza gözləyir?

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Bakı və Sumqayıtda 3 nəfər dələduzluğa     görə      tutuldu