Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87203
az

Bu gün Rəşad Dağlının məhkəməsidir

09:1517 Aprel, 2023
133
  • A

Qonşusunu qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə ilk məhkəmə iclası bu gün keçiriləcək.

Oxu24.com  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baxılacaq iş üzrə hazırlıq iclası saat 10:20-də başlayacaq.


İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdiriləcək, ilkin dinləmələr keçiriləcək.

Məhkəmənin gedişi barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir.

Hadisə ötən ilin noyabr ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.

Rəşad Dağlı barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham irəli sürülüb. Meyxanaçı verilmiş ittihamla təqsirli bilinərsə 9 ildən 14 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi
Qumbara Bəhruzun əlində partlayıb- Yeni faktlar
Oğurluqda şübhəli bilinən iki nəfər saxlanıldı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi