Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
872
az

16 yaşlı qız özünü telefona görə öldürdü

13:3920 Aprel, 2018
1052
KRİMİNAL
  • A
 Dünən Cəlilabad rayonun Bayxanlı kəndində 16 yaşlı məktəbli qızın intihar etməsi hadəsisi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Lent.az xəbər verir ki, orta məktəbin 10-cu sinif şagirdi olan 2002-ci il təvəllüdlü Kamranova Aytac Hüseyn qızı əməsi oğlu ilə dalaşandan sonra həyatına qəsd edib. Belə ki, əmisi oğlu 16 yaşlı Aytacın telefon işlətməsini ona irad tutub. Yeniyetmə qız isə atasının ona telefon almadığını, ümumiyyətlə mobil telefondan istifadə etmədiyini, kiminləsə yazışmadığını deyib. Bundan sonra əsəblərinə hakim ola bilməyən qız dama gedərək özünü asıb.

Bayxanlı kənd orta məktəbinin direktoru Firudin Qürbətov bildirib ki: “Aytac Kamranova yaxşı davamiyyəti olan, məsuliyyətli və tərbiyəli şagird olub. Son iki gün idi dərsə gəlmirdi. Valideynləri noxud alağı üçün icazə alıb. Buna görə də hadisənin baş verdiyi gün, yəni dünən də dərsdə olmayıb. Bununla belə məktəbin ən sevilən, tərbiyəli, qanacaqlı şagirdlərindən biri idi. Hadisənin səbəbi araşdırmadan sonra dəqiq bilinəcək”.

Qeyd edək ki, faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda ŞOK - Ər arvadının kişilərlə intim görüntülərini kameraya çəkdi
Bakıda dəhşət: Kişi küçədə arvadına 20 bıçaq zərbəsi vurdu
Azərbaycanda dəhşətli qəza - 18 yaşlı tələbə həyatını itirdi

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır