Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87189
az

Türkiyə  70 min Ahıska türkünə vətəndaşlıq verib

23:1716 Aprel, 2023
128
DÜNYA
  • A

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyədə 70 min Ahıska türkünə vətəndaşlıq verdiklərini və hazırda Türkiyədə yaşayan bütün Ahıska türklərinə vətəndaşlıq veriləcəyini bildirib.

 

Oxu24.com xəbər verir  ki, Antalyadan AK Partiya millət vəkili namizədi irəli sürülən Çavuşoğlu Dünya Ahıska Türkləri Birliyinin Atatürk Şəhər Meydanında təşkil etdiyi iftar proqramında etdiyi çıxışında dünyanın harasına getsə, soydaşları, qohumları ilə bir yerdə olduqlarını bildirib. 

 

Türkiyədə baş verən zəlzələdən sonra Ahıska türklərinin, azərbaycanlıların, Krım tatarlarının, qazaxların, türkmənlərin, qırğızların, özbəklərin və Balkanlardakı bütün dostların səfərbər olduqlarını ifadə edən Çavuşoğlu köməyə görə təşəkkür edib.

 

Türkiyənin hər şəraitdə Ahıska türklərinin yanında olduğunu bildirən Çavuşoğlu epidemiya zamanı Ahıska xalqına lazımi yardımı göndərdiklərini, Ukrayna müharibəsi zamanı 6 minə yaxın Ahıska türkünü Türkiyəyə gətirdiklərini xatırladıb.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur ulduzun malikanəsində şər ruhlar dolaşır -ŞOK İDDİA
Türkiyədə çökən mədəndən 2 nəfər XİLAS EDİLDİ
Makronun ARVADI KİŞİDİR -Ouens sübutları dərc edəcəyinə SÖZ VERDİ

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Goranboyda 57 yaşlı kişi özünü asdı